Türkiyədə son sutkada koronavirusdan 23 096 nəfər sağalıb Dünya

Türkiyədə son sutkada koronavirusdan 23 096 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 242 nəfər vəfat edib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 351 655 nəfər test edilib, 28 168 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 23 096 nəfər sağalıb.