Əlcəzair Mərakeş aviasiyası üçün hava məkanını bağlayır Dünya

Əlcəzair Mərakeş aviasiyası üçün hava məkanını bağlayır

Əlcəzairin Ali Təhlükəsizlik Şurası Mərakeşlə yaşanan çətinliklər səbəbindən ölkənin hava məkanını mərakeşli hərbi və mülki təyyarələrinə bağlamaq qərarına gəlib.

TASS-ın verdiyi məlumata görə, bu barədə Respublika prezidenti Əbdülməcid Tebun administrasiyasının "Twitter"də yaydığı paylaşımda deyilir.
Xatırladaq ki, Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra avqustun 24-də krallığın bu günə qədər davam etdirdiyi düşmənçilik hərəkətləri səbəbiylə ölkənin Mərakeşlə diplomatik əlaqələrini kəsdiyini bildirmişdir.