Britaniyada koronavirusa 32 mindən çox yeni yoluxma halı qeydə alınıb Dünya

Britaniyada koronavirusa 32 mindən çox yeni yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 32 417 yoluxma halı qeydə alınıb.

"Sinxua"nın verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 664 230 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 58 nəfər, hazırkı dövrədək isə 136 168 nəfər vəfat edib.