Almaniyadakı seçkilərin ilkin nəticələri Baydeni təəccübləndirib Dünya

Almaniyadakı seçkilərin ilkin nəticələri Baydeni təəccübləndirib

ABŞ prezidenti Cozef Bayden Almaniyada keçirilən parlament (Bundestaq) seçkilərinin ilkin nəticələrinə təəccüblənib.

"TASS"ın verdiyi məlumata görə, bu barədə Ağ Evin yaydığı açıqlamada deyilir.

Həftə sonunu Merilend ştatının Kemp-Devid şəhərindəki iqamətgahında keçirən C.Bayden, Ağ Evə qayıdarkən jurnalistlərə Almaniyada keçirilən səsvermənin nəticələrini hələ görmədiyini etiraf edib.

Almaniya Sosial Demokrat Partiyasının ilkin nəticələrdən sonra önə çıxdığı deyiləndən sonra, ABŞ prezidenti təəccübləndiyini ifadə edib.