Yaponiyada koronavirusla bağlı qaydalar yumşaldılır Dünya

Yaponiyada koronavirusla bağlı qaydalar yumşaldılır

Yaponiya hökuməti Tokio və 18 prefekturasını əhatə edən "COVID-19"la bağlı fövqəladə vəziyyəti ləğv edir.

Trend-in Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, yumşaldılma virusa yoluxma hallarının kəskin azalması fonunda həyata keçirilir.

"Yeni koronavirus xəstələrinin sayı kəskin şəkildə azalır, bunu vəziyyətin yaxşılaşdığı kimi başa düşürəm", - baş nazir Şuqa bu barədə danışarkən deyib.

Xatırladaq ki, bir çox prefekturlarda fövqəladə vəziyyət ölkədə qündəlik koronavirusa yoluxma hallarının iyul ayında 25 minə çatarkən tətbiq edilib. Son məlumata əsasən isə sutka ərzində Yaponiyada cəmi 1 147 virusa yoluxma hadisəsi qeydə alınıb.