Jirinovski 80 yaşına qədər müharibəyə başlamamağı xahiş edib Dünya

Jirinovski 80 yaşına qədər müharibəyə başlamamağı xahiş edib

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski "Rusiya 1" telekanalının efirində bildirib ki, NATO ölkələri ilə Ukraynanın birgə təlimləri "əsl müharibəyə" hazırlaşmaqdan başqa bir şey demək deyil.

Siyasətçinin fikrincə, 2027-ci ildə tammiqyaslı münaqişə başlaya bilər: qoşunlar tədricən Rusiya sərhədlərinə gətirilir, Kiyevə verilən “kömək”in altında isə silahların “toplanması” prosesi gizlənir.
"2026-cıildə 80 yaşımı sakitcə qeyd etmək istəyirəm" - deyib.

O, xatırladıb ki, bir zamanlar Ukraynada çoxlu silahlar saxlanılırdı: bu,Üçüncü Dünya Müharibəsi üçün kifayət edərdi. Amma sonradan “hər şey talandı, satıldı”.

Xatırladaq ki, Ukraynanın müdafiə naziri Andriy Taran daha əvvəl 2021-ci ilin sonuna qədər ölkədə AB -nin hərbi təlim missiyasının yerləşdiriləcəyini gözlədiyini söyləmişdi. Moskva Kiyev və Brüsseli Donbasdakı gərginliyin artmasına töhfə verəcəyi üçün bu cür tələsik planlardan əl çəkməyə çağırmışdı.

Cavid