Rusiyalı turist Türkiyədə boğulub Dünya

Rusiyalı turist Türkiyədə boğulub

Rusiyanın Antalyadakı Baş Konsulluğundan RİA Novosti -yə verilən məlumata görə, rusiyalı turist Türkiyədə boğulub.
"Fırtınalı havalarda dənizdə üzərkən 1982 -ci il təvəllüdlü, Alanya rayonunda tətildə olan Rusiya vətəndaşı yoxa çıxıb. Türkiyə hüquq -mühafizə orqanları tərəfindən aparılan axtarış tədbirləri zamanı meyiti açıq dənizdə tapılıb. Prokurorluq faciəli hadisə ilə bağlı Rusiya tərəfini rəsmi olaraq xəbərdar edib”. - deyə Rusiya diplomatik nümayəndəliyinin nümayəndəsi bildirib.
O əlavə edib ki, Baş Konsulluq, Türkiyə hakimiyyəti, sığorta şirkətinin nümayəndələri mərhumun ailəsi ilə razılaşdırılaraq, vətənə qayıtma məsələləri ilə məşğul olur.

Cavid