Tatar Avstraliyada yaşayan Kıbrıs Türk icma liderləri ilə onlayn görüş keçirib Dünya

Tatar Avstraliyada yaşayan Kıbrıs Türk icma liderləri ilə onlayn görüş keçirib


Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Avstraliyanın Sidney şəhərində Kıbrıs problemi və Kıbrıs Türk toplumunu təsir edən problemlərin müzakirə edildiyi Kipr Türk toplumunun liderləri ilə onlayn görüş keçirib.

Sidney, Melbourne və ölkənin digər bölgələrində təxminən 50 min Kıbrıslı Türkün olduğunu ifadə edən Prezident Tatar "Avstraliyada həyatınızı davam etdirərkən, milli və dini bayramlarımızı qeyd edərkən mədəniyyətinizi və kimliyinizi qorumaq üçün birgə səylərinizi yüksək qiymətləndirirəm. Onların irsinin və köklərinin əhəmiyyətini öyrətmək vacibdir" deyib.
Tatar onu da deyib ki, o, yalnız KKTC-də kıbrıslı türklərin deyil, Türkiyə, İngiltərə, Avstraliya, ABŞ və Kanada da daxil olmaqla dünyanın hər yerində yaşayan kıbrıslı türklərin Prezidentidir:“Kıbrıs türkləri dünyanın harasında yaşayırlarsa, mən bilirəm ki, onların qəlbləri və düşüncələri vətənləri və ailələri ilədir".

Cavid