Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib Dünya

Albaniyada yüzlərlə insan içməli sudan zəhərlənib

Albaniyanın Kruya şəhərində 300 nəfər kəskin zəhərlənmə ilə xəstəxanaya müraciət edib.

Trend-in məlumatına görə, onların əksəriyyərti xəstəxanaya yerləşdirilib.

Sakinlərin içməli sudan zəhərləndiyi ehtimal edilir. Hazırda insidentlə bağlı araşdırmalar aparılır.

Albaniyanın səhiyyə naziri Ogerta Manastirliu və səhiyyə baş müfəttişi Kruya şəhərinə gedib.