Boqlarıstanda "sanitar buraxılışlara” qarşı kütləvi etirazlar keçirilib Dünya

Boqlarıstanda "sanitar buraxılışlara” qarşı kütləvi etirazlar keçirilib

Restoran sahəsinin minlərlə rişçisi Bolqarıstan şəhərlərinin küçələrinə çıxaraq hakimiyyətin məcburi "sanitar buraxılışlar" tətbiqi qərarından narazılıqlarını ifadə ediblər.

Trend-in məlumatına görə, etirazlarda restoranların sahibləri, aşpazları, ofisiantları və barmenləri iştirak ediblər.

Bildirilir ki, onlar belə bir sistemin tətbiqini "qeyri-adekvat və ayrı-seçkilik" hesab edirlər, çünki "sanitar buraxılışların" tətbiqindən sonra müəssisələrdə müştərilərin sayı 80 faiz azalıb.

Qeyd edək ki, Bolqarıstan əhalisinin yalnız 25 faizi koronavirusa qarşı peyvəndin ən azı birinci dozasını vurdurub.