Ukrayna Rusiya qarşısında diz çöküb - Timoşenko Dünya

Ukrayna Rusiya qarşısında diz çöküb - Timoşenko

Ali Radanın deputatı, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko hazırkı hakimiyyətin enerji siyasətini kəskin tənqid edib.

"Xalq Cəbhəsi" Rusiya mətbuatına istinadən xəbər verir ki, inun fikrincə, Kiyev elektrik enerjisi təchizatında tamamilə Moskva və Minskdən asılıdır.
“Biz qaz çəkməmişik, kömür verilməyib, istilik mövsümü üçün lazım olan hər şey təmin edilməyib və bu o deməkdir ki, bizi praktiki olaraq diz çökdürüblər”, - Timoşenko “Naş” telekanalının efirində deyib.
Keçmiş baş nazir izah edib ki, bir tərəfdən Kiyev Belarus prezidentini tanımır, Rusiyanı işğalçı ölkə hesab edir, digər tərəfdən isə onlardan işıq, qaz və kömür almağa məcburdur.

“Bu gün hakimiyyətin əyləşdiyi ipdən danışdım, qışdan sağ çıxmaq, enerji sistemini sıradan çıxarmamaq, istilik xətlərimizi dondurmamaq üçün düşmən elan edilmiş iki ölkəyə arxalanmağa məcburdur" deyib Timoşenko.

Cavid