Kreml Qərbə qarşı əzələ nümayiş etdirsə də.. Dünya

Kreml Qərbə qarşı əzələ nümayiş etdirsə də..

ABŞ Rusiya arasında Ukrayna fonunda davam edən böhran hər iki tərəfin maraqları kontekstində davam edir. Rusiyanın ABŞ verdiyi təkliflərə, Vaşinqton mənfi cavab verib. İctimaiyyətə cavab açıqlanmasa da Rusiyadan verilən cavablar onu göstərir ki, Moskva hərəkətə keçəcək.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Rusiya Ukrayna ətrafına və Qara dənizə cəmləşdirdiyi qoşunları Qərbə qarşı əzələ nümayiş etdirsə də, nə taktiki, nə də strateji baxımdan hədəflərinə çatmayaq. Baş verən proseslər fonunda ABŞ - ın əsas planlarından biri Ukraynanın Donbasa hücum etməsi ilə Rusiya qarşı sanksiyaları tətbiq etmək və xalqın Putinə qarşı potensial etirazını formalaşmasına nail olmaqdır. Bununla da Rusiyanı daxili problemlərə sövq etməkdir: "Məhz Moskva daxili problemi xarici düşmənlə əvəz etmək üçün Ukrayna ilə Donbasda münaqişəyə getməsi mümkündür. Belə olan təqdirdə Rusiya yalnız lokal döyüşlərlə kifayətlənəcək. Ukraynanın geniş ərazilərini işğal etmək Putinin hakimiyyətinin iflası deməkdir.

Ümumiyyətlə, Rusiya tərəfi Şərqi Avropanı və post-sovet məkanını öz təsir dairəsinə almaq üçün yazılı təminat istəyir. Vaşinqton post-sovet məkanı ilə bağlı Çinə qarşı mövqeyini gücləndirmək üçün güzəştə gedə bilər. Amma, Rusiya təkcə bununla kifayətlənmək istəmir".

Politoloq bildirib ki, ABŞ və Rusiya arasında mövcud siyasi böhran Cənubi Qafqaza da təsir edəcək. Azərbaycanın Rusiya ilə normal əlaqələrinə baxmayaraq, Kremlin Azərbaycana təzyilər etməsi mümkündür. Türkiyə faktoru bu təzyiqləri neytrallaşdıracaq.

SSRİ dağıldıqdan sonra bir qütblü siyasi nizam formalaşıb. Rusiya bununla barışmır. Hazırda yeni dünya nizamı formalaşır. Rusiya konkret öz təsir zonasına malik olmağa çalışır. ABŞ və müttəfiqləri Rusiyanın bu siysətinə qarşı adekvat addımlar atır. Əgər, Rusiyaya imkan tanınsa, qonşu ölkələr təhlükəsizlik problemləri ilə üz-üzə qala bilər.
Cavid