“Traxtur” takımı yenə cəzalandırıldı! Güney Azərbaycan

“Traxtur” takımı yenə cəzalandırıldı!

Futbol Federasiyasının İnzibati Komitəsi Təbrizin məşhur "Traxtur" futbol takımını bir daha cəzalandırıb.
İnzibati Komitə, oktyabrın 22-də (mehrin 30-da) Təbrizdə "Traxtur"la "Peykan" komandaları arasında keçirilən müsabiqədə "Traxtur" tərəfdarları tərəfindən hakim (davər) və qarşı komandanın qapıçısına qarşı təhqirlərə yol verildiyini bildirib və bu səbəbdən "Traxtur"u cəzalandırarıb.
İnzibati Komitənin qərarına əsasən "Traxtur"un Təbrizdə keçiriləcək bir müsabiqəsində stadiona tamaşaçı buraxılmayacaq və klub 50 milyon rial cərimə ödəməlidir.
Həmçinin Rəsul Xətibi 20 və Hüseyn Xətibi 10 milyon rial cəriməyə məhkum edilib.
Qeyd edək ki, "Traxtur" müsabiqələrində azərbaycanlılar tərəfindən müxtəlif milli və mədəni şüarlar səsləndirilir və Azərbaycanın demokratik hüquqları tələb olunur. Bu səbəbdən İran rejimi üçün potensial suçlu sayılan "Traxtur" takımı hər bir fürsətdə cəzalanıdıırılır və İnzibati Komitənin bu dəfəki qərarı birinci deyil.