Təbrizdə təqaüdçülər etiraz aksiya keçiriblər Güney Azərbaycan

Təbrizdə təqaüdçülər etiraz aksiya keçiriblər

Dünən İran Rabitə Şirkətinin Şərqi Azərbaycan əyalətindən olan təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu haqda "İlna" məlumat yayıb.

Narazı təqaüdçülər Təbrizdə İran Rabitə Şirkətinin yerli şöbəsinin qarşısına toplaşaraq, tələblərinin yerinə yetirilməsini istəyiblər.

Aylıq məvaciblərinin artırılmamasına görə narazılıq edən təqaüdçülər, müharibə çağırışlarına da etirazlarını bildiriblər.

Bununla eyni vaxtda Tehran, Sənəndəc, İsfahan və Kirmanşah şəhərlərində də təqaüdçülər aksiya keçiriblər.