Bu il neçə şəxsə sosial müavinət və təqaüd təyin olunub? Hadisə

Bu il neçə şəxsə sosial müavinət və təqaüd təyin olunub?

Bu ilin yanvar-mart ayları ərzində 38,9 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, onların 55,6%-ni kişilər, 44,4%-ni isə qadınlar təşkil edib.