“Qızıl əlcək” sahibini tapdı İdman

“Qızıl əlcək” sahibini tapdı

İngiltərə Premyer Liqasında “Qızıl əlcək” mükafatının sahibi bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, mükafatı “Arsenal”ın ispaniyalı qapıçısı David Rayya qazanıb.

O, mövsüm ərzində ən çox quru oyun keçirən qolkiper olub. Hazırda aktivində 14 belə matç olan Rayya digərləri üçün əlçatmazdır. Buna “Everton”un qapıçısı Cordan Pikfordun “Luton”la görüşdə qol buraxması səbəb olub.
Qeyd edək ki, “Everton” bu matçda bir xalla kifayətlənib – 1:1.