"Air Astana" Bakıya reyslərin sayını artırıb Hadisə

"Air Astana" Bakıya reyslərin sayını artırıb

Qazaxıstanın ən böyük aviaşirkəti olan "Air Astana" Almatıdan Bakıya reyslərin sayını artırıb.

Trend xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.

Beləliklə, Almatıdan Bakıya reyslərin sayı 2024-cü il üzrə beynəlxalq reyslərin yay qrafikində həftədə 3 dəfəyədək artırılıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından 2024-cü ilin mart ayınadək qış qrafiki dövründə "Air Astana" şirkətlər qrupu Almatı, Astana və Aktau şəhərlərindən Azərbaycana həftədə 7 reys həyata keçirib.
Bunlardan həftədə iki reys Astana - Bakı - Astana, üç reys isə Aktau - Bakı - Aktau istiqamətində "Air Astana" şirkətlər qrupuna daxil olan "FlyArystan" aviaşirkəti tərəfindən, Almatı - Bakı - Almatı istiqaməti üzrə həftədə iki reys "Air Astana" tərəfindən həyata keçirilib.