Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib Hadisə
- 30 Aprel 13:02
- 2 401
Ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Muharrem Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə aprelin 30-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində görüş keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini qeyd edib.
Sədr vurğulayıb ki, iki qardaş dövlət arasındakı münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri uğurlu siyasət nəticəsində daim inkişaf edir. Ölkələrimiz arasında qardaşlıq sarsılmazdır. Böyük geosiyasi və iqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlib. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan münasibətlər daim güclənir.
Qeyd olunub ki, iki ölkə arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir. Bu əməkdaşlığa, o cümlədən məhkəmələr də töhfə verir. Məhkəmə təcrübəsinin öyrənilməsi və aktual hüquqi məsələlər ətrafında fikir mübadiləsinin aparılması məhkəmə-hüquq təsisatlarının praktiki fəaliyyəti üçün çox önəmlidir.
Sədr Fərhad Abdullayev, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı arasında insan hüquqlarının təmin edilməsi sahəsində işbirliyi haqqında məlumatı qonağın diqqətinə çatdırıb.
Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç qonaqpərvərliyə görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edib. Bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olan sıx əməkdaşlıq, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu arasında da qarşılıqlı dəstək və anlaşma əsasında uğurla inkişaf edir.
Görüşdə geniş fikir mübadiləsi aparılıb, hüquqi məsələlər müzakirə olunub.
-
Təbrizdə ekoloji problem- Zərərli tibbi tullantılar yeraltı su qaynaqlarını çirkləndirib
-
BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
-
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
-
İspaniya Baş naziri Fələstinin müstəqilliyini tanıyacaqlarını təkzib edib
-
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
-
Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA
-
Mirzoyan: Ermənistan Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq öhdəliyinə sadiqdir
-
Cavanşir körpüsü sökülür, bununla əlaqədar mayın 20-dən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
-
Belarus Qarabağda 420 ailəlik yaşayış məntəqəsi tikəcək
-
Futbol üzrə Azərbaycan çempionatlarının kubok və medalları yeni dizaynda hazırlanıb
-
Ötən il Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı açıqlanıb
-
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib
-
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlanıb
-
Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
-
Parlamentə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı daxil olub
-
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
-
Milli Məclis Lüksemburq Deputatlar Palatasının qətnaməsini sülh prosesinə maneə cəhdi kimi dəyərləndirib
-
Putin: Ukrayna ilə bağlı sülh danışıqlarına hazırıq, lakin İsveçrədəki konfransa dəvət edilmədik
-
Braziliya və CAR Ukrayna üçün sülh sammitində iştirak etməyəcək
-
Berlində Azərbaycan ədəbiyyatından alman dilinə çoxsaylı tərcümələr etmiş Liliane Qrimmin xatirəsi anılıb
-
Filarmoniyada yay konsert mövsümünün təntənəli açılışı olacaq
-
"Traxtur" komandası seçmə kubokundan kənarda qaldı
-
Britaniya Şimali Koreya ilə əməkdaşlıq edən 2 Rusiya şirkətinə sanksiyalar tətbiq edib
-
Müəllim Camal Mustafazadədən nümunəvi addım
-
Təbrizdə məhbus fəallara dəstək posterləri yayılıb - Azərbaycan üçün birləşək!
-
Təbrizin mərkəzində avtomat silahlardan atəş açılıb
-
AMB-nin icraçı direktoru: Əsas məqsədimiz riskləri təkrarsığorta ilə xaricə ötürməkdir
-
"Ukrayna iki yerə bölünə bilər"
-
Husilər ABŞ-ın PUA-sını vurublar
-
Orban: Fitso həyatla ölüm arasındadır
-
Şənbə günü yağışlı hava davam edəcək - PROQNOZ
-
İntensiv yağışlar nəticəsində Qabırrı-Kəsəmən çayından sel keçib - FAKTİKİ HAVA
-
Rusiya səfirliyinin nümayəndəsi Litva XİN-ə çağırılıb
-
Nazir müavini: COP29 üçün əsas məsələ maliyyə məsələsidir
-
Deputat: Kofeşoplarda 14-15 yaşlı uşaqlar işləyir
-
Fatih Terim "Panatinaikos"dan ayrıldığını açıqlayıb
-
Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşüb
-
Fransa polisi sinaqoqu yandırmaq istəyən şəxsi güllələyib
-
Vladanka Andreeva: Azərbaycan özəl sektorun yaşıl enerjiyə dəstəyinə görə digər ölkələrə örnək ola bilər
-
Sandu Zurabişviliyə zəng edərək Gürcüstan xalqına dəstəyini ifadə edib
-
Nazir müavini: Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq
-
G7 ölkələrinin Vətəndaş Cəmiyyəti Təşkilatlarının Sammitindəki QHT-lər Azərbaycanın COP29-a ev sahibliyini dəstəkləyən bəyanat yayıblar
-
Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
-
Rusiya Ukraynada indiyədək 326 ədəd helikopterin itirib
-
Braziliya prezidenti Ukrayna ilə bağlı konfransa getməyəcək
-
BMT nümayəndəsi: COP29-a ev sahibliyində Azərbaycana dəstək verməyə hazırıq
-
Fərid Hüseynov: Müştərilər şəxsi məlumatlarını kiberdələduzlara ötürəndə problemi həll etmək olmur
-
Moskva ilə Vaşinqton arasında diplomatik münasibətlər zəifləyir
-
“Həmin təkliflər Rusiyanın Ukrayna ərazilərinin işğalının rəsmiləşdirilməsini nəzərdə tutur”
-
Nigar Arpadarai: Azərbaycan dünyadakı iqlim böhranı məsələsinə həssas yanaşır
-
Baş nazir avropalı nazirlərin aksiyaçılara qoşulmasına sərt reaksiya verdi
-
“Belarus Prezidentinin səfəri iqtisadi və strateji əlaqələrin daha da güclənməsinə töhfə verəcək”
-
"Paşinyan təkcə Avropa İttifaqına deyil, həm də NATO-ya daxil olmaq istəyəcək"
-
“Bu, Rusiyanı Qərbin sanksiyalarından qoruyur”
-
"COP29 zamanı Bakı bütün dünyanın mərkəzi olacaq"
-
“Belarusa ixrac etdiyimiz malların çeşidi çox deyil”
-
Ukraynanın 102 PUA-sı məhv edilib
-
“Moskva ilə Pekinin dünyada necə “ədalətli və demokratik mühit” yaradacağı suallar doğurur”
-
Belarusdan nə alırıq və və bu ölkəyə nə satırıq?