Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var Hadisə

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobili ağaca çırpılıb. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.