“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur” İqtisadiyyat

“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur”

“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir”. Xalqcəbhədi.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov qeyd edib. O, bildirib ki, bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər: “2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır”.

Missiya.Az