“Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir” İqtisadiyyat

“Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir”

“Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə olub”. Xalqcəbhədi.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib: “ Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz, 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olub.
Ötən il isə daha fantastik artım müşahidə edilib. Belə ki, 2023-cü il ərzində Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 6 dəfə və ya 54,1 milyon ABŞ dolları artaraq 64,9 milyon dolları keçib. Bunun da 59,3 milyon dolları ixracın payına düşüb. Bu da 2022-ci ilin eyni göstəricisindən 12,5 dəfə və ya 54,6 milyon dollar çoxdur”.