“Sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün...” İqtisadiyyat

“Sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün...”

“Sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün Qlobal Sahibkarlıq Sammitinin (GES) və Qlobal Sahibkarlıq Monitoru (GEM hesabatına diqqət çəkmək istəyirəm. Hesabatda bildirilir ki, hələ sahibkarlığa ciddi zərər vuran pandemiyanın olduğu 2020-ci ildə belə pandemiya olduğu bütün dünyada sahibkarlar 148 milyon yeni iş yeri yaradıblar ki, bu da qlobal işçi qüvvəsinin 42%-nə bərabərdir”. Xalqcəbhədi.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib: “GES hesabatda həm də bildirilir ki, kiçik və orta sahibkarlıq (KOB) dünya üzrə bütün bizneslərin 90%-ni təşkil edir.
GES və GEM –in hesabatını kənara qoyub, inkişaf edən, sosial rifahı yüksək olan hansı ölkəni götürüb baxsaq, görərik ki, bu ölkələr KOB-ları ən yüksək səviyyədə inkişaf edən ölkələrdir. Odur ki, ölkəmiz üçün də kiçik və orta biznes subyektlərinin əhəmiyyəti müqayisəyə gəlməzdir”.