Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_1/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
"Yaşıl sukuk" buraxılışını tezləşdirməyə kəskin ehtiyac var - Əl-Casir

"Yaşıl sukuk" buraxılışını tezləşdirməyə kəskin ehtiyac var - Əl-Casir İqtisadiyyat

"Yaşıl sukuk" buraxılışını tezləşdirməyə kəskin ehtiyac var - Əl-Casir

"Yaşıl sukuk" buraxılışını tezləşdirməyə kəskin ehtiyac var.

Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir İİB Qrupunun Ər-Riyadda keçirilən illik müşavirələri çərçivəsində keçirilən "yaşıl" və dayanıqlı sukuk vasitəsilə iqlim maliyyələşdirilməsinin sürətləndirilməsi üzrə panel müzakirəsində çıxışında deyib.

Sukuk şəriət ölkələrində yayılmış və istiqrazların bir növ islami ekvivalenti olan maliyyə sənədidir.

"Dünya Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün maliyyələşdirmə defisiti ilə mübarizə aparmağa davam edir. Bu boşluğu doldurmağa kömək etmək üçün innovativ maliyyə vasitələrinin istifadəsi və səfərbər edilməsi lazımdır. İİB nöqteyi-nəzərindən, bizim fikrimizcə, DİM üçün maliyyə artımının səfərbər edilməsi məqsədilə xüsusən "yaşıl" və dayanıqlı sukukların buraxılışını sürətləndirmək lazımdır", - deyə o vurğulayıb.

Əl-Casir qeyd edib ki, İİB iddialı olaraq 2025-ci ilədək iqlim dəyişikliyi ilə 35 faiz səviyyəsində mübarizənin maliyyələşdirilməsini məqsəd olaraq təyin edib.

"Yaxşı xəbər ondan ibarətdir ki, biz artıq bu hədəfi iki illik ötmüşük. Ekoloji və dayanıqlı sukuk dünya səviyyəsində qəbul edilmiş Beynəlxalq Kapital Bazarları Assosiasiyası (ICMA) prinsiplərinə tamamilə uyğundur. Bu, ICMA və London Fond Birjası ilə birgə buraxdığımız dayanıqlı sukuk üzrə prinsiplərlə təsdiqlənib. Bu prinsipləri hazırlamaq üçün bu yaxında keçirilən COP28 konfransında səylərimizi birləşdirdik. Məqsəd "yaşıl", sosial və dayanıqlı sukuk olaraq müəyyən edilən sukuk vasitələrini demistifikasiya etməkdən və onların ICMA prinsiplərinə uyğunluğunu nümayiş etdirməkdən ibarətdir", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks etdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.