Sudan istifadədə fərqli tariflərin tətbiqi vacibdir İqtisadiyyat
- 25 Sentyabr 2019 17:14
- 1 225
Azərbaycan su ilə nisbətən az təchiz olunmuş ölkələrdəndir. Bizim su ehtiyatlarımız regiondakı su ehtiyatının 15 faizini təşkil edir. Bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. R.Səttarzadənin sözlərinə görə, digər tərəfdən, iqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır və bu tendensiya davam edəcək: "Ölkə əhalisinin sayının artması, həyat standartlarının yüksəlməsi və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan təlabat getdikcə artır. Ölkədə il ərzində su mənbələrindən təxminən 12 milyard kubmetr su götürülür ki, bunun da böyük bir hissəsi nəql zamanı itir. Əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir".
Şöbə müdiri bildirib ki, beynəlxalq praktikada suyun mənbədən bölüşdürülməsi, istifadəsi, təmizlənməsi, təkrar istifadəsi və ətraf mühitə qaytarılması kimi bütöv su dövriyyəsini özündə əks etdirən qabaqcıl yanaşmalar mövcuddur: "Gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməlidir.
Sudan səmərəli istifadəni və bu məqsədlə qənaətli suvarma sistemlərinin tətbiqini təşviq etmək üçün düzgün uçot və istehlak olunan suyun miqdarından asılı olaraq fərqli tariflərin tətbiq olunması vacibdir. Bununla bağlı ETSN tərəfindən ictimaiyyətin məlumatlandırılması, maarifləndirmə və təbliğat işləri aparılır, respublikanın müxtəlif bölgələrində həyata keçirilən yaşıllaşdırma layihələrində damcılı suvarma sistemləri tətbiq olunur".
R.Səttarzadə deyib ki, bu işlərin davamı olaraq BMT-nin İnkişaf Proqramı və Qlobal Ekologiya Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin təşkilatçılığı ilə dünən Saatlı rayonunun Cəfərxanlı kəndində damcılı suvarma sisteminin tətbiqi üzrə pilot layihə reallaşdırılıb: "Layihənin məqsədi kənd təsərrüfatı sahəsində ənənəvi suvarma metodundan müasir suvarma metodlarına keçidin təşviq edilməsidir. Suya qənaəti tətbiq və təşviq edən bu cür layihələrin tədricən bütün ölkə ərazisini əhatə etməsi üçün tədbirlər davam etdirilir".
- 3 May 20:19
- 1 351
- 3 May 17:03
- 1 260
- 3 May 15:22
- 1 351
-
Türkiyə parlamentinin komitə sədri ABŞ-da Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
-
FHN-in Gəncə Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib
-
Fransanın iqtisadiyyat naziri avtomobili ilə velosipedçini vurub
-
Minaların daha tez təmizlənməsi üçün xəritələr olmalıdır - Norveçli səyyah
-
Şahmatçılarımız 125 min dollarlıq yarışda
-
“Qızıl əlcək” sahibini tapdı
-
Yeni ixtisas üzrə təhsil müəssisəsində ilk dəfə tədrisə başlanılması qaydaları açıqlandı
-
HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib
-
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma qiymətləri əhalinin büdcəsinə necə təsir edəcək?
-
Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək - Əli Əsədov da qatılacaq
-
İstirahət günü hava necə olacaq? - PROQNOZ
-
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
-
Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub
-
Almaniya Ukraynaya altı radar sistemi göndərəcək
-
Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var - Kelli Sims Qallaher
-
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırdı
-
Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında
-
Rəsmi Moskva: Gürcüstandakı hadisələrdə Rusiya izi yoxdur
-
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
-
Zaxarova Alen Simonyana cavab verib
-
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
-
Rusiya XİN: KTMT Ermənistansız da effektiv struktur olaraq qalacaq
-
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
-
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldılıb
-
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
-
Komitə sədri GMİ sədri ilə görüşüb
-
Putin Rəhmonla tacik miqrantlarla bağlı problemi müzakirə edib
-
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
-
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri müəyyənləşdirilib
-
Ərdoğan: Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib
-
Daha 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib
-
MMC-lərin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə cərimə müəyyənləşir
-
Külək güclənib, bəzi bölgələrə yağış yağıb - FAKTİKİ HAVA
-
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
-
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib
-
Ölkədə birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
-
Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab verdi
-
“İsraillə ticari əlaqələrin kəsilməsi iqtisadi itki deyil”- MÜSİAD sədri
-
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
-
Sosial Tədqiqatlar Mərkəzi ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında əməkdaşlıq memorandumu imzalanıb
-
İlahiyyat İnstitutunun tələbələri Akademik Milli Dram Teatrında olublar
-
Şahin Mustafayev Moskvada Overçukla görüşüb, ticarət-iqtisadi əməkdaşlığı müzakirə edib
-
Tbilisi Fransanı qeyri-obyektivlikdə günahlandırıb
-
Şimali İraqda 32 PKK terrorçusu zərərsizləşdirilib
-
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
-
Londonun Aİ-dən fərqli olaraq öz qlobal siyasi hədəfləri var
-
Komitə sədri Rusiya Müsəlmanları Ruhani İdarəsinin nümayəndədi ilə görüşüb
-
Sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb
-
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatıb
-
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
-
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
-
Komitə sədri türkiyəli nümayəndə heyəti ilə görüşüb
-
Milli Şura sədri “xalqın səsi” rolunda - düşmən kimi iddialar...
-
Kreml Makronun Fransa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı açıqlamasına münasibət bildirib
-
DGK Tovuzda keçirilən əməliyyat xəbərlərinə aydınlıq gətirdi
-
Norveçdən olan səyyahlar Kəlbəcər və Laçına səfər ediblər - FOTO
-
YAP Xətai rayon təşkilatının 8 Noyabr prospekti 159 ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr və müavin seçilib - FOTO
-
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında külək enerjisi ilə bağlı müqavilə imzalanıb
-
"Crocus" terror aktının təşkilatçılarından biri məhv edilib