Vardanyanın taleyi Azərbaycan dövlətindən asılıdır Siyasət

Vardanyanın taleyi Azərbaycan dövlətindən asılıdır

Beynəlxalq leş qarğaları Vardanyanın ölmüş siyasi meyidi üzərindən xeyir götürmək üçün kampaniyaya başlayıblar. Milyarder Vardanyanın bu pulları hardan qazanmasının fərqinə varmadan onun vəsaitlərinə sahib çıxanlar öz çirkin oyunlarının işə salıblar. Bu prosesə dünyanın məşhur piar şirkətərinin cəlb olunması onu göstərir ki, onlar bununla hesab edirlər ki, nəticədə
istəklərinə çatacaqlar.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, R.Vardanyanın azadlığa buraxılması və "qəhrəmanlaşdırılması", onun "Nobel sülh mükafatı"na namizəd göstərilməsi istiqamətində kampaniya başlanılıb.

R.Vardanyanın separatizmə dəstək verən kimliyi isə yada düşmür. O, Ukraynada da separatizmə dəstək verən şəxs kimi sanksiyaya məruz qalması və ukraynalı deputatların Nobel Komitəsinə etiraz məktubu göndərməsi ilə gündəmə gəlib.

Vardanyan əslində Azərbaycanda
separatizmə dəstək verən, terrorçu rejimdə təmsil olunan, silah-sursat alınmasında iştirak edən, Azərbaycanın ünvanına hədə-qorxu
bəyanatları ilə çıxış edən bir canıdir. Azərbaycan dövləti də onu bu fəaliyyətinə görə həbs edib:

"Məsələnin maraqlı tərəfi odur ki, Rusiya təhlükəsizlik orqanlarının agenti olan Vardanyanı ABŞ mediası və PR şirkətləri müdafiə etmək üçün hay-küy qaldıraraq "Vardanyan şou" düzəldirlər. Bunların arasında USAİD, ABŞ-ın EDELMAN PR şirkəti, Samanta Pauer və s. vardır. CNN kimi telekanallar Vardanyanın pulu müqabilində onu "qəhrəman" obrazında təqdim edirlər.
Vaxtilə hər kəsə bəlli idi ki, Vardanyan Qarabağa Paşinyanı devirəcək fiqur kimi "stavka" edilmişdi.
Amma bütün bu oyunlara rəğmən Vardanyan adlı cinayətkar Azərbaycanın MTN-nin təcridxanasında öz məhkəməsini gözləyir, digər ermıni yoldaşları ilə.
Qaldırılan hay-küy kampaniyasına rəğmən tək reallıq odur ki, Vardanyanın taleyi Azərbaycan dövlətindən asılıdır. Azərbaycan dövləti də ona qarşı cinayət törətməkdə günahkar hesab olunan caniləri cəzasız qoymur".

Cavid