“Artıq bununla bağlı razılaşma əldə edilib” Siyasət

“Artıq bununla bağlı razılaşma əldə edilib”

“Azərbaycan Ermənistanı 1991-ci il Alma-Atı Bəyannaməsinə uyğun olaraq tanıyır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, artıq bununla bağlı razılaşma əldə edilib: “Ermənistanda bunu istəyirdi və ikitərəfli razılaşmaya uyğun olaraq dörd kənd Azərbaycana verildi. Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Baxmayaraq ki, tarixi Azərbaycan ərazilərdir və 1929-cu ildə Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-yə verilib. Fransa və bəzi dövlətlər Azərbaycanı Ermənistanın ərazisini işğal edəcək, hərbi təhdidlər var kimi açıqlamalarına son qoyuldu.
Çünki Alma-Ati Bəyannaməsi razılaşdırılıb. Bunu Qərb də istəyirdi. Zəngəzur dəhlizi ilə bağlı məsələyə gəldikdə, bu yol açılacaq. Azərbaycan bu yoldan imtiyazlı şəkildə istifadə etməsi üçün ikitərəfli danışıqlar aparılmasına ehtiyac var”.