“ABŞ-də insan haqları barədə hesabat hazırlanmalıdır” Siyasət

“ABŞ-də insan haqları barədə hesabat hazırlanmalıdır”

“ABŞ Dövlət Departamenti 2023-cü il üzrə insan haqlarına dair hesabatı açıqlayıb. Hesabatda yenə ölkəmizə qarşı əsassız iddialar, böhtanlar yer alıb. Ümumiyyətlə təcrübə göstərir ki, ABŞ-nin bu cür hesabatları real vəziyyəti əks etdirmir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında siysi şərhçi Turan Rzayev deyib. O, bildirib ki, rəsmi Vaşinqton daha çox milli və geosiaysi maraqları çərçivəsində dövlətrə insan haqlar demokratiya kimi məslər ilə təziq edir: “Bu hesabatlar təzyiqin rəsmi sənəd formasıdır.
Bu artıq bilinən bir gerçəklikdir. Vəziyyət elə bir həddə çatıb ki, artıq dövlətlər ABŞ-nin hər il dünya ölkələrində “insan haqlarına” dair hesabatını ciddi qəbul etmir. Çünki onun hazırlanması zamanı 2-ci və 3-cü dərəcəli ABŞ diplomatları ölkələrdə sosial mediada yayılan neqativ məlumatları toplayıb dəqiqləşdirmədən, peşəkar təhlil aparmadan hesabata daxil edirlər.
Misal üçün bənzər hesabata görə İranda etnik azlıqlar repressiyaya, assimilyasiyaya məru qalır, təqib edilir. Amma ABŞ bu məslədən İrana qarşı təzyiq elementi kimi istifadə edir. ABŞ-ni nə güney azərbaycanlılar, nə də digər etnik azlıqlar maraqlandırır. Onu maraqlandıran yeganə şey İrana, ya da digər rəqiblərinə qarşı təzyiq kartlarıdır.
Əgər ABŞ dünyada insan haqları sahəsinə “nəzarət” rolunu üzərinə götürürsə, əvvəla öz daxilindəki məslələri həll etməlidir. Bu gün ABŞ-də irqçilik, antisemitizm, islamafobiya güclüdür. BMT, dünya dövlətləri də bir araya gəlib, ABŞ-də insan haqları barədə hesabat hazırlamalıdırlar”.