“Vardanyan adlı şəxsin oğlunun CNN-ə qədər çıxış tapmasının özü ayarıca nüansdır” Siyasət

“Vardanyan adlı şəxsin oğlunun CNN-ə qədər çıxış tapmasının özü ayarıca nüansdır”

Əziz Əlibəyli: “Biz bilirik ki, CNN erməni lobbisinin ruporuna çevrilib”

“Hesab edirik ki, atamın xarici aləmlə əlaqəsi onun etiraz səsini boğmaq üçün kəsilib və bu səbəbdən aclıq aksiyasına başlayıb”. Bu barədə Bakıda cinayətlərinə görə saxlanılan məşhur xeyriyyəçi və iş adamı Ruben Vardanyanın böyük oğlu David Vardanyan CNN telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, ailə Vardanyanın aclıq aksiyası keçirməsindən yalnız həftənin sonunda xəbər tutub.
Bir abzasda kifayət qədər nüans var”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib: “Vardanyan nə üşün həbs edildi? Görünür ki, qlobal mediada bu səbəbi görməzdən gəlməyə çalışanlar çoxdur. O zaman kiçik bir xatırlatma verək: "Toplanılmış sübutlarla hazırda Ermənistan vətəndaşı olan Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib", açıqlamada bildirilir.
2. Vardanyan adlı şəxsin oğlunun CNN-ə qədər çıxış tapması özü ayarıca nüansdır – Biz bilirik ki, CNN erməni lobbisinin ruporuna çevrilib.
3. Vardanyan aclıq elan edibsə, edə bilər. Hər -halda aclıq aksiyası gözü doymaz bir şəxs olan Vardanyan üçün yalnız dietik proses kimi sayıla bilərdi ki, o da inandırıcı deyil, Vardanyan informasiya aclığı elan edib.
4. Ailəsinin həftəsonu xəbər tutmasına gəldikdə, adam cinayətkardır və azalıqda deyil ki, dərhal ailəsi ilə danışmalı və özünü rahat hiss etməlidir. Bu şəxs cinayətkardır.
O, əlavə edib ki, xüsusilə narahat edən şey, atasının telefon danışığı zamanı həmtəsisçisi olduğu Aurora Mükafatı laureatlarını, başqalarını xilas etmək üçün həyatını təhlükəyə atanların hamısını indi daha yaxşı başa düşdüyünü söyləməsidir. David Vardanyanın sözlərinə görə, məşhur xeyriyyəçi deyib: “İndi başa düşürəm ki, prinsiplər və dəyərlər həyatdan daha vacibdir”.
1. Vardanyanın prinsipləri nə olub axı?
Məlum olur ki, hələ 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) Vardanyan barədə “The Troika Landromat” kimi təqdim edilən araşdırma hesabatını təqdim edib.
Hesabata görə Ruben Vardanyanın Rusiyanın ən böyük investisiya bankı olmuş, sahiblik etdiyi “Troika Dialoq” və heç nədən xəbəri olmayan erməni fəhlələrin adlarına yaratdığı nəhəng ofşor şirkətlər vasitəsilə milyardlarla məbləğdə çirkli pulların yuyulmasına, qeyd edilən qanunsuz əməliyyatlardan nəhəng gəlirlər əldə etməsinə dair üzə çıxan çoxsaylı faktlar təqdim edilir.
OCCRP-nin qeyd edilən hesabatının tam mətnini təqdim edirik:
“Digər məqamlara keçid etməzdən öncə qeyd etmək lazımdır ki, Ruben Vardanyanla Armen Ustyanın hər ikisinin ermənimənşəli olmalarından başqa, hər hansı ortaq cəhətləri yoxdur.
Belə ki, Vardanyan bir vaxtlar ölkənin ən böyük özəl investisiya bankı olan “Troika Dialoq”a rəhbərlik edən zəngin rusiyalı bankirdir. Onun barəsində Davosda keçirilən Dünya İqtisadi Forumunda danışılıb, bildirilib ki, vətəni Ermənistan üçün xeyriyyəçilik layihələrinə onmilyonlarla dollar xərcləyib”.
Ə.Əlibəyli əlavə edib ki, Vardanyandan fərqli olaraq, Ustyan isə Moskvada mənzillərin təmir edilməsi biznesinə başlamazdan əvvəl öz vətənində həyat yoldaşı və valideynləri ilə bir evdə yaşayan mövsümi inşaat işçisi idi: “Lakin Ustyanın əvvəllər heç vaxt görmədiyini dediyi, ancaq üzərində imzası olan sənədlər “Troika”ya - əksər hissəsi Rusiya elitası olan bank müştərilərinə münasibətdə milyonlarla vəsaitin ofşor şirkətlər vasitəsilə köçürülməsini nəzərdə tutan “Troika Laundromatı”na (çirkli pulyuma maşını) - işarə edir. Bank sisteminin özü elə təşkil edilib ki, müştərilər müəyyən olunmuş məhdudiyyətlərdən yan keçmək, xarici aktivlərini və “yuyulmuş pulları”nı gizlətmək imkanına malik olublar. Belə qayda nüfuz sahibi olan oliqarxların nağd pullarla təmin edilməsinə və cinayətkarlara qanunsuz əldə etdikləri nağd pullarının həqiqi mənbəyini pərdələməyə şərait yaradıb.
Lakin Ustyanın adı və pasportunun surəti “Troika”nın sistemində mühüm rol oynamış ofşor şirkətlərdən birinə aid bank sənədlərində aşkar edilib. Qeyd olunan şirkət 2006-cı ildən 2013-cü ilin əvvəlinə kimi fəaliyyət göstərərək mürəkkəb maliyyə şəbəkəsi yaradan azı 75 şirkətdən biri idi. Bu müddət ərzində “Troika” 4,6 milyard ABŞ dollarının sistemə daxil olmasına, həm də 4,8 milyard dolların sistem vasitəsi ilə müəyyən istiqamətlərə yönəldilməsinə şərait yaradıb. Bu əməliyyatlar üzrə qarşı tərəflər arasında böyük Qərb bankları olan “Citigroup Inc.”, “Raiffeisen” və “Deutsche Bank” da çıxış edib. Bunlardan başqa, həmin sistemdə onlarla şirkət nağd pulun mənbəyini gizlətmək məqsədilə 8,8 milyard dollar dəyərində daxili əməliyyatlar həyata keçirib. (“Citigroup Inc.” bu məsələ ilə bağlı sorğuya hər hansı münasibət bildirməyib. Həmçinin, “Raiffeisen” müştəri məxfiliyinə istinad edərək şərh verməkdən imtina edib, əlavə olaraq, “Deutsche Bank” “Troika” müştəri əməliyyatları haqqında məlumatlara “məhdud giriş” olduğunu əsas gətirərək hüquqi tələblərə görə konkret bizneslər haqqında şərh verə bilmədiyini qeyd edib).
Həmin ərəfələrdə Vardanyan “Troika”nın prezidenti, baş icraçı direktoru idi. O, Moskvadakı “Skolkovo” İdarəetmə Məktəbinin həmtəsisçisi, ölkənin biznes mühitinin inkişafına çalışan şəxs kimi tanınaraq, Rusiya kapitalizminin Qərb dostu nümayəndəsi kimi qazandığı nüfuzu ilə fərəhlənirdi. Bu vaxt “Troika”nın işçiləri qeyri-şəffaf maliyyə sistemi qururdular - OCCRP tərəfindən aşkar edilmiş əvvəlki çirkli pulların yuyulması sxemlərinə bənzədiyinə görə bu sistem “Troika” pulyuma maşını adlandırıldı.
Əvvəlki çirkli pulların yuyulması sistemlərində olduğu kimi, burada da böyük əməliyyatların çoxu uydurma ticarət sövdələşmələri əsasında həyata keçirilirdi. Saxta invoyslar “mallar”, “ərzaq malları”, “metal mallar”, “fakturalar” və “avtomobil hissələri” kimi müxtəlif adlarla rəsmiləşdirilirdi. Sızmış məlumatlara daxil olan invoyslar proksilər (həqiqi sahibin gizlədilməsi məqsədilə müvəkkil edilmiş digər şəxslər) tərəfindən təsdiq edilərək Troika.ru elektron poçt ünvanlarından göndərilirdi.
Güya Vardanyan ailəsinin fikrincə, bir neçə gün ərzində qaçqın düşmüş ermənilərin hüquqları uğrunda mübarizə Ruben Vardanyan üçün həyatından daha vacib olub, uğrunda ölməyə hazır olduğu bir şeyə çevrilib.
Hansı erməni ailələridən gedir söhbət?
Qarabağ separatçılarının qondarma “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan Xankəndidə mitinq çağırıb.
Ruben Vardanyan bu barədə Facebook-da açdığı canlı yayımda bildirib. O, aksiyanı günorta saat 15.00-a təyin edib. (İl 2022)
Vardanyan separatçılara aksiyaya mümkün qədər çox adam cəlb etməyi tapşırıb.
Bunu xalqa xidmət sanırsa, mitinqdə iştirak üçün adambaşına bir dollar ödəyib, hədəfə və cinayət ortağına çevirdiyi ermənilərimi nəzərdə tutur? Yoxsa bu cinayətkarları da erməni xalqı hesab edir?”.

Əli