“Bu, Türk birliyinin bariz nümunəsidir” Siyasət

“Bu, Türk birliyinin bariz nümunəsidir”

“Azərbaycana səfər edən bəzi dövlət başçılarının işğaldan azad olunmuş ərazilərə səfərlərin təşkili xüsusi siyasi əhəmiyyət kəsb edir”. Missiya.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Ermənistanın 30 il ərzində hayata keçirdiyi vandalizm aktını gözləri ilə görürlər: “Həmçinin bu Azərbaycanın ərazi bütövlüyünün tam tanınması deməkdir. Biz görürük ki, ABŞ və bəzi ölkələrin səfirləri Şuşaya səfər etmir.
Qeyd edim ki, əsasən Türk dövlətlərinin başçıları işğaldan azad olunmuş ərazilərə səfər edirlər. İşğaldan azad olunmuş ərazilərə və Şuşaya Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentəri səfər edib. Bu, Türk birliyinin bariz nümunəsidir”.