“Təkliflər paketi məhz baza sənədinin imzalanmasını özündə ehtiva edir” Siyasət

“Təkliflər paketi məhz baza sənədinin imzalanmasını özündə ehtiva edir”

“Azərbaycanla Ermənistan arasında bu ilin sentyabrında iki ölkə arasında baza sənədi (Çərçivə sazişi) imzalanması mümkündür. İki tərəfli danışıqlar gedir və Azərbaycanın Ermənistana təqdim etdiyi növbəti təkliflər paketi məhz baza sənədinin imzalanmasını özündə ehtiva edir”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədulazadə qeyd edib. O, bildirib ki, xarici işlər nazirləri Alma-Atıda görüşüb, bir neçə məsələlər üzərində razılaşma əldə edilməsi gözlənilir”.