Ermənistan Azərbaycanla həmsərhəd kəndi minalardan təmizləyib Siyasət

Ermənistan Azərbaycanla həmsərhəd kəndi minalardan təmizləyib

Ermənistanda Azərbaycanla həmsərhəd Berkaber kəndində minatəmizləmə işləri başa çatıb.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Berkaber icmasının rəhbəri Tiqran Arutyunyan məlumat verib.

Onun sözlərinə görə, hələlik ərazidə delimitasiya və demarkasiya işləri aparılır.

Xatırladaq ki, aprelin 22-də errməni minatəmizləyənlər Tavuş vilayətinin Voskepar kəndində Müqəddəs Tanrı Anası Kilsəsinə bitişik ərazidə minatəmizləmə işlərinə başlayıb.

Aprelin 23-də Ermənistan Daxili İşlər Nazirliyi delimitasiya prosesi çərçivəsində minatəmizləmə işlərinin görülməsi üçün Bağanis-Voskepar yolunu bağlayıb.