Mürəkkəb çağırışlara həll variantları tapmalıyıq - Qabriela Ramos Siyasət

Mürəkkəb çağırışlara həll variantları tapmalıyıq - Qabriela Ramos

Mürəkkəb çağırışlara həll variantları tapmalıyıq.

Trend xəbər verir ki, bu barədə UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Müxtəlif cəmiyyətlərdə parçalanma var. Tələbatları prioritetləşdirməliyik. Digərlərinin vəziyyətini anlamalıyıq. Təbii ki, bu səylərə rəhbərlik etməliyik və bu, bizim üzərimizə öhdəliklər qoyur. Elə bir mühit qurmalıyıq ki, mərhəmət təzahürünü görə bilək.

Biz çalışmalıyıq ki, digərlərinin üzləşdiyi problemləri başa düşək”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.