“Azərbaycan istənilən məsələ ilə bağlı qərar verməkdə sərbəstdir” Siyasət

“Azərbaycan istənilən məsələ ilə bağlı qərar verməkdə sərbəstdir”

“Azərbaycan istənilən məsələ ilə bağlı qərar verməkdə sərbəstdir, qərar verərkən Kremlə boylanmırıq”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Rusiyanın Azərbaycana təzyiq alətləri qalmayıb, separatizmə son qoymuşuq, Rusiya hərbi kontingenti ərazimizi tərk etmək üzrədir: “Rusiyanın Ukrayna müharibəsi fonunda dost və tərəfdaş itirdiyi dövrdə Azərbaycanla tərəfdaşlığı davam etdirməsinə ehtiyacı var. Buna görə də Azərbaycanın Ukrayna ilə bağlı “sülh forumuna” qatılacağına görə Kreml ölkəmizlə əməkdaşlıqdan imtina etməyəcək”.