Mehriban Əliyeva Pantomim Teatrında oldu - Foto
31 Oktyabr 22:00
31 Oktyabr 22:00
31 Oktyabr 21:57
31 Oktyabr 20:56
31 Oktyabr 20:02
“Ermənistandakı aksiyada prosesdən geri çəkilmənin tərəfdarı olanlar hesab edirlər ki, onlar artıq aksiyanın kütləviliyini təmin etməklə missiyalarını bitiriblər. Bundan sonrakı mərəhələ hakimiyyət dəyişikliyi məsələsi siyasi tələb olduğundan siyasi qüvvələrin hərəkətə keçməsinin vaxtı çatıb”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib. Ekspert əlavə edib ki, ona görə də siyasi qüvvələr estafeti kilsədən təhvil almalıdır: “Aksiya uğursuzluğa düçar olarsa, bu kilsənin nüfuzuna ciddi xələl gətirəcək, insanlar məyus olacaq, onların kilsəyə olan inamı sarsılacaq.
Bunun əksinə olanlar da eyni arqumenti bölüşürlər. Kilsədə bu addımın əleyhinə olanlar da hesab edirlər ki, geri çəkilmək kilsənin nüfuzdan düşəcəyini, camaatın məyus olacağını düşünərək, insanlar bunu kilsə rəhbərliyini hakimiyyətlə sövdələşməsi kimi dəyərləndirəcəklər. Odur ki, erməni kilsəsi dilemma qarşısında qalıb. Həm irəli getməyə, həm də geri çəkilməkdə tərəddüd içərisindədir. Lakin onu da görürlər ki, Ermənistanda böyük əksəriyyət proseslərə çox laqeyddir. II Qaregin özü isə daha çox yaranmış durumdan daha az itki ilə çıxmaq üçün prosesi siyasi müxalifətə verib geri çəkilməyə üstünlük verir. Əgər proses uğursuz alınarsa, kilsə siyasi müxalifəti yenə də bacarıqsızlıqda ittiham etməklə vəziyyətdən çıxmağa çalışacaq”.