“Bu, Azərbaycan üçün də əhəmiyyətli mövzulardır” Siyasət

“Bu, Azərbaycan üçün də əhəmiyyətli mövzulardır”

“Azərbaycan “sülh forumunda” iştirak etsə də, toplantıda ölkəmizə aid mövzularün müzakirəsində iştirak edəcək”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu ölkəyə humanitar yardımı davam etdirəcək: “Bu Kiyev üçün kifayətdir. Elə Bakıda Ceyhun Bayramovla görüşən Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk da Azərbaycanı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək mövzuları dəqiq siralayıb. Bu enerji təhlükəsizliyi və ərazilərin minalardan təmizlənməsidir. Bu, Azərbaycan üçün də əhəmiyyətli mövzulardır”.