“Hindistan nüvə silahına malik olsa da...” Siyasət

“Hindistan nüvə silahına malik olsa da...”

“Aprelin 24-də Yaponiya da Hindistanla tərksilah, silahların yayılmaması və ixraca nəzarət üzrə məsləhətləşmələrin 10-cu raundunu keçirib. Tokioda keçirilən görüşdə də mövzu eyni olub, tərəflər nüvə, kimyəvi və bioloji sahələrə aid silahsızlanma və yayılmama, kosmosun təhlükəsizliyi, nüvə silahlarının yayılmaması, adi silahlar və ixraca nəzarət sahələrindəki inkişaflar barədə fikir mübadiləsi aparıblar. Hindistan nüvə silahına malik olsa da, Çinin nüvə arsenalını artırmasından narahatdır. Bu narahatlığı Cənubi Koreya və Yaponiya da bölüşür”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Tokio, Seul və Dehli Çinin kosmosdakı tədqiqatlarından da narahatdırlar: “Pekin kosmik tətqiqatlara böyük maliyyə ayırmaqdadır. Kosmosdan hərbi məqsədlər üçün də istifadə etmək olar. Çinin süni peyklərinin sayı artıb. Pekin kosmosun öyrənilməsində Rusiya və ABŞ-la rəqabət gücünü artırıb. Vaşinqtonda hesab edirlər ki, Çinin növbəti məqsədi aya süni peyk göndərməkdir”.