Bakı Təşəbbüs Qrupunun yaranması Fransanın son müstəmləkələri olan dəniz aşırı ölkələrə dəstək nümayiş etdirir Siyasət

Bakı Təşəbbüs Qrupunun yaranması Fransanın son müstəmləkələri olan dəniz aşırı ölkələrə dəstək nümayiş etdirir

Bakı Təşəbbüs Qrupunun yaranması Fransanın son müstəmləkələri olan dəniz aşırı ölkələrə dəstək nümayiş etdirir.

Trend xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tez-tez suallar yaranır ki, həmin ölkələrin aksiyalarında Azərbaycan bayrağı dalğalanır. Qeyd etmək lazımdır ki, bu Azərbaycanın onlara göstərdiyi dəstəklə əlaqədardır.

“Bakı Təşəbbüs Qrupu Fransanın xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəni dəstəkləməyə davam edəcək.

Fransanın tərkibindəki subyektlərə qarşı tətbiq etdiyi assimlasiya kosnsepsiyasi 2 əsas xətt üzrə təhlil edilib.

Burada müstəmləkəçiliyin yerli yerli icmalar üzrərindəki mənfi təsirləri və bu prosesə məcbur qalan insanların hüquqlarının müdafiəsi əsas istiqamətlər olub”, - o deyib.