"Avronyus" COP29-la bağlı reportaj hazırladı - Video
5 Noyabr 22:14
“Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla demokratik prinsiplər əsasında gedəcəkdir. Biz Azərbaycanın daxilində demokratik prinsipləri bərqərar edərək respublikanın xarici siyasətində Azərbaycanın müstəqilliyini daim qoruyacağıq”.
Ümummilli lider Heydər Əliyevin birinci dəfə Prezident kimi andiçmə mərasimində söylədiyi nitqindən
Bakı, Respublika sarayı, 10 oktyabr 1993-cü il
Müstəqil və güclü Azərbaycan dövləti indiki yüksək səviyyəyəyə, dünya arenasında böyük nüfuz sahibinə asan yolla çevrilməyib. Ölkə 1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdi. Ölkə uçuruma doğru gedirdi… Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı - ictimai-siyasi sabitlik təmin edildi...
Bu, bir həqiqət, tarixdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider Heydər Əliyev olub.
1993-cü il oktyabrın 3-də xalqımız özünün gələcək taleyini, müqəddəratını həll etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.
Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.
Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov deyib ki, 10 oktyabr Azərbaycan tarixində əlamətdar günlərdən biridir. Belə ki, zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edən Ulu öndər Heydər Əliyev məhz 1993-cü il oktyabrın 10-da əlini Konstitusiyaya və “Quran-i Kərim”ə basaraq Prezident kimi and içib. Həmin dövrün çətinliyi, Azərbaycanın nə qədər ağır sınaqlarla üz-üzə qaldığı isə hər bir vətəndaşın xatirindədir: “Azərbaycan xalqı o ağır günlərdə dövləti və milləti yalnız Heydər Əliyev dühasının xilas edəcəyinə inanırdı. Beləliklə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya gəldi. Artıq xalq əmin idi ki, dövlətimiz xilas olub. Çünki Heydər Əliyev adının arxasında sabitlik, quruculuq və inkişaf dayanırdı. Bu ad özündə əks etdirdiyi böyüklüyü ilə bütün çətinlikləri dəf edəcəyinə əminlik yaradırdı. İlk olaraq Gəncədə yaranan vəziyyətlə tanış olmaq üçün bu bölgəyə yollanan Ulu öndər bir daha nümayiş etdirdi ki, onu yalnız xalqının və dövlətinin taleyi maraqlandırır. Onu yalnız Azərbaycan, dünya azərbaycanlılarının taleyi, ölkəni bu acınacaqlı vəziyyətdən necə xilas etmək düşündürürdü. Xalqın ona böyük inamı vardı, xalq bilirdi ki, Azərbaycanı yalnız o, xilas edəcək, Azərbaycanın dövlətçilik tarixini yenidən yazacaq, Azərbaycan yalnız onun adı, müdrik və uzaqgörən siyasəti nəticəsində inkişaf edəcək. Böyük öndər vəd edirdi ki, Azərbaycan xalqına sədaqətlə xidmət edəcək, müstəqil dövlətimizin dünya birliyində layiqli yer tutmasına çalışacaq, Azərbaycan xalqının milli-mənəvi ənənələrinə daim sadiq olacaq, bu ənənələrin müstəqil dövlətimizdə bərqərar olmasını, yaşamasını və inkişafını təmin edəcəkdir. Ümummilli liderimiz bu andına sadiq qaldı”.
Azərbaycan Respublikasının Əməkdar müəllimi Kamal Paşazadə deyib ki, 1991-ci ildən başlayaraq Azərbaycan öz müstəqilliyinə qədəm qoyan dövlət olaraq bütün dünyada öz siyasi kimliyini ortaya qoyub. Bu gün Azərbaycan xalqı müstəqil həyat yaşayır və heç bir dövlətdən aslı deyil. Azərbaycanda dövlətçiliyin əsasları məzh Ulu Öndər Heydər Əliyev tərəfindən qoyuldu. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın bütün siyasi idarəetmə sistemini yenidən formalaşdırdı. Azərbaycanın Konstitusiyası qəbul olundu. Azərbaycanın demokratik inkişafı Heydər Əliyevin hakimiyyət dövrünü daha da yüksəldi: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursu dəyişməzdir və bu gün də davam edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır. Azərbaycanda Heydər Əliyevin siyasəti ilərlə yaşayır və bundan sonra da yaşayacaq. Çünki Heydər Əliyevin siyasətini layiqli davamçısı Prezident İlham Əliyev uğurla həyata keçirir. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyinin güclənməsinə xidmət edir. Bunu da Azərbaycanın indiki iqtidarı yüksək səviyyədə yerinə yetirir. Çünki Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi zaman bir milli ideologiya yaratdı. Ulu Öndər çox gözəl bilirdi ki, milli ideologiyası olmayan dövlət heç vaxt inkişaf edə bilməz. Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biridir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilmişdir. Və bu gün bu ideologiya bütün dövlət idarəçiliyində tətbiq olunur. Bu haqda Ulu Öndər Heydər Əliyev demişdir: “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”. Azərbaycan xalqının milli ruhu əyilməzdir. Azərbaycançılıq ideologiyası xalqımızın milli ruhuna bağlıdır. Bu ideologiya Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin dərin qatlarından xəbər verir. Yeni nəslinin də bu günləri, azərbaycançılıq ideologiyasına söykənərək böyüməsi, birləşməsi çox önəmlidir”.
Əlbəttə ki, güclü dövlətin qurulması üçün dayanıqlı iqtisadiyyat lazımdır. Bunun üçün düşünülmüş iqtisadi siyasət həyata keçirilməlidir. Məhz buna görə də Ulu Öndər Heydər Əliyev Azərbaycanın iqtisadi siyasət modelini ortaya qoydu. Bu iqtisadi siyasət modelinin əsasını da neft strategiyası təşkil edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın təbii sərvəti olan neftin məhz xalqın gələcək inkişafına xidmət etməsi üçün uğurlu bir neft siyasəti qurdu. Bu da “Əsr müqaviləsi”nin imzalanması ilə start götürdü. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış. “Əsrin müqaviləsi” imzalandıqdan sonra neftimiz neft kəmərləri vasitəsi ilə xaricə çıxış etdi: “Belə ki, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Bundan sonra Azərbaycan dövlətinin iqtisadi inkişafı daha da yükəsldi. Həyata keçirilən neft strategiyası bütün xalqın rifahının yaxşıdırılmasında, Azərbaycanın ümumi olaraq inkişafında, möhkəmlənməsində çox önəmli rol oynadı. Ümumiyyətlə, ölkənin iqtisadi inkişafı digər sahələrin də inkişafına öz təsirini göstərdi. Dövlətimizin büdcəsi artdıqdan sonra bir sıra böyük dövlət proqramları icra olunmağa başlandı. Neftdən gələn gəlirlər ölkənin bir sıra sosial-iqtisadi problemlərinin həllində əhəmiyyətli rol oynadı. Həmçinin neft gəlirləri insan kapitalının inkiafına yönləndirildi. Məhz buna görə də bu gün Azərbaycan dünyada artıq neft və qaz ölkəsi kimi tanınır”.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərmiş ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".
Cavid