29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
15 Avqust 2025 13:38
6 363
Zəncan vilayətinin Tarım şəhristanının Çəmlə kəndinin şurası və kənd başçısı təqdirəlayiq bir addım ataraq küçələrə türkcə adlar verib.
Gunaz.tv
Kəndin küçələrində quraşdırılan lövhələrdə "Elçiçək", "Yaşılzəmillər", "Qızılüzən" kimi adlardan istifadə olunub.
Son illərdə Güney Azərbaycan türklərində oyanış və milli şüurun artması səbəbindən Türk əhali küçə və məhəllələrin türkcə adlarının dirçəldilməsi üçün hakimiyyət orqanlarına təzyiq göstərirlər.
Bundan öncə Məlikkəndi şəhərinin Qaraçal kənd idarəetmə orqanı təqdirəlayiq addımla bütün küçə, məhəllə və xiyabanları türk adları ilə və Şəhriyar, Səttarxan, Bağırxan, Cabbar Bağçaban və başqa bu kimi Azərbaycan igidlərinin adları ilə dəyişdirmişdi.
Həmçinin, bir müddət əvvəl Ərdəbilin Korabazlı kəndinin idarəetmə orqanı bənzər addım ataraq kəndin küçələrinə türkcə adlar vermişdi.
28 Avqust 10:48
1 575
25 Avqust 11:15
2 730
25 Avqust 11:13
2 611