29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
12 May 20:10
8 603
Gunaz TV-nin məlumatına görə, Qərbi Azərbaycan əyaləti; Urmu (Urmiyə) şəhərində şəhərdaxili taksi və avtobus gedişhaqları 60 faiz artırılıb. Bu artım onsuz da ağır iqtisadi böhran altında yaşayan vətəndaşların üzərinə yeni yük qoyub.
Urmu bələdiyyəsinin Yük və Sərnişin Nəqliyyatının İdarəedilməsi Təşkilatının rəhbəri Fəxrəddin Məsumzadə bildirib ki, bu artım ölkədə rəsmi olaraq elan edilən 59 faizlik illik inflyasiya əsasında həyata keçirilib.
O deyib: “Edilən məlumatlandırmaya əsasən, şəhərdaxili taksilərdə yeni tarif bir neçə gündür tətbiq olunur.”
Məsumzadə avtobus qiymətləri ilə bağlı da açıqlamasında bildirib: “Kart-bilet proqramında yaranan texniki problemə görə qiymət artımı hələlik nağd şəkildə tətbiq olunur. Həftənin sonunadək proqram problemi aradan qaldırıldıqdan sonra yeni tarif kart sistemində də tətbiq ediləcək.”
O, həmçinin Urmunun taksi parkının acınacaqlı vəziyyətinə diqqət çəkərək deyib ki, hazırda şəhərdə fəaliyyət göstərən 4 min 634 taksidən 60 faizi 10 ildən çox yaşı olan köhnə avtomobillərdir və yenilənməyə ehtiyac duyur.
İran rejiminin müharibə, iqtisadi idarəetmədə uğursuzluq və artan inflyasiya siyasəti nəticəsində qiymət artımları xüsusilə aşağı gəlirli ailələrin həyatını daha da çətinləşdirib.
28 Avqust 10:48
1 505
25 Avqust 11:15
2 667
25 Avqust 11:13
2 534