Messi Paris Olimpiadasına gedir İdman

Messi Paris Olimpiadasına gedir

Argentinalı ulduz Lionel Messi Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edə bilər.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə argentinalı jurnalist məlumat yayıb.

Reqlamentə görə, Olimpiya yığmasında yaşı 23-dən yuxarı 3 futbolçu oynaya bilər. Millinin baş məşqçisi Xavyer Masçerano Messi ilə yanaşı qapıçı Emiliano Martines və müdafiəçi Nikolas Otamendini heyətə cəlb etmək arzusundadır. “İnter Mayami”də çıxış edən Lionel bu təklifdən imtina etməyib.

Qeyd edək ki, dünya çempionu Messi Argentina yığmasının heyətində Olimpiada-2008-in qalibi olub.