Portuqaliyalı futbolçunun “Barselona” arzuları İdman

Portuqaliyalı futbolçunun “Barselona” arzuları

Portuqaliyalı futbolçu Joao Feliks “Barselona”da qalmaq arzusunu gizlətməyib.

İdman.biz xəbər verir ki, o, komandada icarə əsasında çıxış edir.

Madrid “Atletiko”suna məxsus futbolçu mövsümün sonunadək “Barselona”ya icarəyə verilib. Feliks gələcək taleyinin özendən asılı olmadığını deyib: “Barselona”da çıxışımı davam etdirmək istərdim, amma bu məndən asılı deyil. Gözləyək, növbəti mövsümdə nə baş verəcək. Yeni “Nou Kamp”da oynamağı çox istərdim”.

Qeyd edək ki, portuqaliyalı hücumçunun “Atletiko” ilə 2029-cu ilin sonunadək müqaviləsi var.