Nicat Abasov Fransa şahmatçısı ilə heç-heçə etdi İdman

Nicat Abasov Fransa şahmatçısı ilə heç-heçə etdi

Şahmat üzrə İddiaçılar Turnirində IV turun oyunları keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov Fransa təmsilçisi Alireza Firuzya ilə qarşılaşıb.

Təmsilçimiz ağ fiqurlarla oynayıb. Rəqiblər 64-cü gedişdə heç-heçəyə razılaşıblar. Bununla da üçüncü sülhünə imza atan Nicat xal hesabını 1,5-ə çatdırıb.

İddiaçılar Turniri
IV tur, 7 aprel
Nicat Abasov – Alireza Firuzya – 0,5:0,5
Hikaru Nakamura - Rameşbabu Praqnanandja – 0,5:0,5
Yan Nepomnyaşi - Vidit Santoş Qujrati – 1:0
Fabiano Karuana - Dommaradju Qukeş – 0,5:0,5
Xal durumu: 1. Yan Nepomnyaşi (FİDE) - 3, 2. Dommaradju Qukeş (Hindistan) – 2,5, 3. Fabiano Karuana (ABŞ) – 2,5, 4. Rameşbabu Praqnanandja (Hindistan) – 2, 5-7. Alireza Firuzya (Fransa) – 1, Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) – 1, 8. Vidit Santoş Qujrati (Hindistan) – 1,5.

Qeyd edək ki, IV turdan sonra yarışda bir gün fasilə olacaq. V tur aprelin 9-da keçiriləcək.