Çerçesov Azərbaycan millisində çalışmaq istəmir İdman

Çerçesov Azərbaycan millisində çalışmaq istəmir

Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biri sayılan Stanislav Çerçesovun mümkün təyinatına münasibəti bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu 60 yaşlı rusiyalı mütəxəssisin özü açıqlayıb.

O bildirib ki, ölkəsindən kənarda çalışmaq istəmir: “Xaricdən zənglər, mesajlar gəlir ki, görüşmək, danışmaq lazımdır. Amma indiki, sakit olmayan dövrdə hardasa işləmək istəmirəm. Öz ölkəmdə çalışmaq, faydalı olmaq istəyirəm. Amma hazırda bu mövzuda ciddi söhbət yoxdur”.

Qeyd edək ki, Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna üç namizəddən biri olduğu iddia olunur.