Rusiya Ukraynanı atəşə tutub Dünya

Rusiya Ukraynanı atəşə tutub

Rusiyanın ötən gecə Dneprə atdığı raketlərdən biri beşmərtəbəli yaşayış binasını hədəfə alıb.
Nəticədə tikilinin bir hissəsi yanaraq yararsız hala düşüb.

Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfər çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Krivoy-Roq şəhərindəki infrastruktur obyektlərindən birinə hava hücumu zamanı isə 1 nəfər həlak olub, 9-u yaralanıb.

Pavloqrad şəhəri də raket zərbələrinə məruz qalıb. Nəticədə 2 nəfər ölüb, 15 nəfər ağır xəsarətlər alıb.

Sinelnikova da raket hücumu baş verib. Bu zaman aralarında azyaşlı uşaqlar da olmaqla, ölən və yaralananların olduğu açıqlanıb.

Cavid