ATACMS-ların Ukraynaya verilməsi təhlükəni artırır Dünya

ATACMS-ların Ukraynaya verilməsi təhlükəni artırır

ABŞ-ın Ukraynaya gizli şəkildə ATACMS taktiki raketlərinin ötürülməsinə haqq qazandırmaq olmaz. Bu, Krımın və Rusiyanın digər regionlarına təhlükəni artırır.

Bu barədə jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

"Yerli rəsmilər Kiyevə son dərəcə təhlükəli silahların göndərilməsi faktını geriyə doğru təsdiqləyiblər. Hiylə ilə təşkil edilmiş hərəkətə haqq qazandırmaq olmaz”, - səfirin Rusiya diplomatik missiyasının teleqram kanalında yazdığı şərhdə deyilir:

“Aydındır ki, ATACMS-in Zelenski rejiminə ötürülməsi Krımın, o cümlədən Sevastopol, Rusiyanın yeni bölgələri və digərləri Rusiyanın şəhərlərini təhlükə ilə üz-üzə qoyur”, - diplomat vurğulayıb.

Cavid