Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib Dünya

Macarıstanın xarici işlər naziri Azərbaycana gəlib

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana gəlib.

Trend xəbər verir ki, nazir bununla bağlı "Facebook" sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, o, Bakıda keçiriləcək Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında iştirak edəcək.

Qeyd edək ki, ötən ilin fevral ayının 17-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib.