Bayden administrasiyası Ukraynanın uğur qazanacağına şübhə ilə yanaşır Dünya

Bayden administrasiyası Ukraynanın uğur qazanacağına şübhə ilə yanaşır

ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri hətta Vaşinqtonun yeni köməyi ilə də Ukraynanın döyüş meydanında uğur qazana biləcəyinə şübhə ilə yanaşırlar.

Bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.

Adını açıqlamayan ABŞ rəsmilərinin sözlərinə görə, Bayden administrasiyası Kiyevə 61 milyard dolların verilməsinin uğur qazanmasına kömək edəcəyi ilə bağlı iddialara “şübhə ilə yanaşır”.

Qəzet qeyd edir ki, “Son bir neçə ayda döyüş meydanındakı dinamika qismən Ukraynanın silah və sursat çatışmazlığı ilə əlaqədar əhəmiyyətli dərəcədə dəyişib”. Onun sözlərinə görə, Vaşinqton “xüsusən də Kiyevin əks-hücumunun uğursuzluğundan sonra Ukraynanın taktikası və prioritetləri ilə bağlı suallar verir”.

Cavid