ABŞ-ın yardımı Ukraynaya qələbə qazandırmayacaq Dünya

ABŞ-ın yardımı Ukraynaya qələbə qazandırmayacaq

"Amerikalı Mühafizəkar" ekspertlərə istinadən ABŞ-ın yeni hərbi yardımın Ukraynanı qələbəyə aparmayacağıq yazıb.

Çərşənbə günü ABŞ Senatı Ukrayna, İsrail və Tayvan da daxil olmaqla müttəfiqlər üçün xarici yardım haqqında qanun layihəsini qəbul edib. Sənəd imzalanmaq üçün prezident Co Baydenə göndəriləcək.

Sənədə əsasən, Kiyevə kömək üçün təxminən 61 milyard dollar göndəriləcək. Rod-Aylend Universitetinin politologiya üzrə professoru Nikolay Petro nəşrə bildirib ki, bu pul müharibənin nəticəsini dəyişməyəcək.

"Amerikalı Mühafizəkar" qeyd edir ki, Ukraynaya növbəti yardım paketləri daha kiçik ola bilər, lakin vəsait kifayət qədər olsa belə, onlar Kiyevi lazımi silahlarla təmin etməyəcək, çünki onları almaq mümkün deyil.

Nəşr istefada olan polkovnik-leytenant Daniel Devisdən sitat gətirir: “Artilleriya mərmilərini indi etdiyimizdən daha sürətli istehsal etmək mümkün olmayacaq".

Cavid