792 gündə Rusiya Ukraynada nələr itirib - Rəqəmlər Dünya

792 gündə Rusiya Ukraynada nələr itirib - Rəqəmlər

Ukrayna müharibənin 792-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Xalq Cəbhəsi" Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya indiyə qədər 462 980 hərbçi, 7 255 ədəd tank, 13 942 ədəd zirehli döyüş maşını, 11 836 ədəd artilleriya sistemi, 1 049 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 772 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 15 949 ədəd avtomobil texnikası, 9 449 ədəd PUA, 2 118 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 946 xüsusi avadanlıq itirib.

Cavid